2015-04-10
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfiri Səlim Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfiri Səlim Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və BƏƏ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olundu.
 
Səfir Səlim Əl-Ğafli diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkür etdi.
 
Xarici işlər naziri Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.
növbəti xəbər əvvəlki xəbər