2015-03-13
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun  qatıldığı nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və “Azadlıq Radiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.  
 
ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.
 
növbəti xəbər əvvəlki xəbər