2015-03-31
Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətini qəbul edib
 

Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətini  qəbul edib.

Nazir Elmar Məmmədyarov parlamentlərarası əlaqələrin vacibliyini vurğulayaraq, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhvə verəcəyini bildirdi.  Azərbaycan ilə Ukrayna arasında yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edən Elmar Məmmədyarov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını və qarşılıqlı dəstəyini diqqətə çatdırdı. 
 
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Azərbaycan ilə əlaqələrin inkişafına əhəmiyyət verdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğuladı. O,  Azərbaycan ilə müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirdi. 
 
Görüşdə Azərbaycan ilə Ukrayna arasında kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu və əlaqələrin daha da inkişafı baxımından hökümətlərarası müştərək komissiyanın əhəmiyyəti vurğulandı.
 
 
növbəti xəbər əvvəlki xəbər