2015-02-16
Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib. 

Görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. 
 
Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi. 
 
Nazir Elmar Məmmədyarov Səfir Robert Sekuta diplomatik fəaliyyətində uğurlar arzu etdi.  
 
  
növbəti xəbər əvvəlki xəbər