2015-02-10
Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini, XİN-nin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktorunu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini, XİN-nin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpuru qəbul edib.

Hadi Süleymanpur Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək, ADA Universiteti ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdırdı.
 
O, ADA Universitetinin Azərbaycan və bütün region üçün əhəmiyyətli təhsil və təlim müəssisəsi olduğunu bildirdi.
 
Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universiteti ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumunun  təhsil və təlim sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırdı.
 
Görüşdə tələbə mübadiləsi, birgə tədqiqatların aparılması və elmi konfransların keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.      
 
növbəti xəbər əvvəlki xəbər