2015-01-29
Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Prezidenti Qurbanqulı Berdımuxamedov ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulı Berdımuxamedov ilə görüşdü.

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırdı.

Prezident Qurbanqulı Berdımuxamedov salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandı.

Görüş zamanı iki ölkə  arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

növbəti xəbər əvvəlki xəbər