2015-01-27
Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Milli İnfrastruktur, Enerji və Su təchizatı naziri Silvan Şalom ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 27 yanvar tarixində Osvensimin azad olunmasının 70-illiyinə həsr olunmuş anım mərasimində iştirakı çərçivəsində İsrailin Milli İnfrastruktur, Enerji və Su təchizatı naziri Silvan Şalom ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud inkişafından məmnunluq ifadə olunaraq, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və su təchizatı, səhralaşmanın qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıldı.  
 
Silvan Şalom Azərbaycan Respublikasının Osvensimin azad olunmasının 70-illiyinə həsr olunmuş anım mərasimində iştirakının yüksək qiymətləndirildiyini qeyd edərək, təşəkkürünü ifadə etdi.    
növbəti xəbər əvvəlki xəbər