2015-01-26
Nazir Elmar Məmmədyarov Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriya-Azərbaycan Ticarət Palatasının üzvləri, Avstriya parlamentinin nümayəndələri və iş adamlarının iştirakı ilə birgə görüş keçirib

Nazir Elmar Məmmədyarov 25 yanvar 2015-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriya-Azərbaycan Ticarət Palatasının üzvləri, Avstriya parlamentinin nümayəndələri və iş adamlarının iştirakı ilə birgə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında iqtisadi, ticarət, enerji və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
 
İqtisadi əməkdaşlığın inkişafında biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd olunaraq, Azərbaycan və Avstriya hökumətlərinin dəstəyi ilə qarşılıqlı biznes səfərləri və forumların təşkili müzakirə edildi. 
növbəti xəbər əvvəlki xəbər