2015-01-16
Nazir Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı Səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Nazir Elmar Məmmədyarov Hindistanın  Azərbaycan Respublikasındakı Səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların  olduğu qeyd olunub.

Səfir Vinod Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. 
 
Nazir Elmar Məmmədyarov səfir Vinod Kumara gələcək fəaliyyətində uğurlar arzu edib. 
növbəti xəbər əvvəlki xəbər