2015-01-12
Nazir Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri  Səyar Rəhman Əl-Mavdahı qəbul etmişdir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, qarşılıqlı səfərlərin və iki ölkənin biznes dairələri arasında təmasların artırılmasının vacibliyi vurğulanmışdır.  
 
Səfir  Səyar Rəhman Əl-Mavdah ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
 
Görüş əsnasında səfir  Səyar Rəhman Əl-Mavdah etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etmişdir. 
 
Nazir Elmar Məmmədyarov səfir  Səyar Rəhman Əl-Mavdaha diplomatik fəaliyyətində uğurlar arzu etmişdir. 
 
 
növbəti xəbər əvvəlki xəbər