2014-12-10
Nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşmüşdür

Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanmışdır.

Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini geyd etmişlər.

Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

növbəti xəbər əvvəlki xəbər