2014-09-16
Nazir Elmar Məmmədyarov Rumıniyanın Prezidenti cənab Trayan Basesku ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov 15-16 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri çərçivəsində 15 sentyabr tarixində Rumıniyanın Prezidenti cənab Trayan Basesku ilə görüşmüşdür.

Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırmışdır.

Rumıniya Prezidenti cənab Trayan Basesku salamlara görə təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etmişdir.

Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilmişdir. 

 

 

növbəti xəbər əvvəlki xəbər