2014-09-12
Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi etimadnaməsini YUNESKO-nun Baş Direktoruna təqdim etmişdir

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov 11 sentyabr tarixində etimadnaməsini YUNESKO-nun Baş Direktoru İrina Bokovaya təqdim etmişdir.

Etimadnamənin təqdim edilməsi mərasimindən sonra Anar Kərimov və İrina Bokova arasında görüş olmuşdur. 

İrina Bokova Anar Kərimovu YUNESKO yanında Daimi Nümayəndə təyin olunmaq münasibətilə təbrik etmiş və YUNESKO ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirmişdir.

Anar Kərimov YUNESKO ilə əlaqələrin gücləndirilməsinin ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu demişdir. O, bu əməkdaşlığın daha da inkişaf etməsində Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın əvəzolunmaz rolunu qeyd etmişdir.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında olan əməkdaşlığın gələcək perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər