2014-09-10
Səfir Məmməd Əhmədzadə Argentinanın mədəniyyət naziri Teresa Parodi ilə görüşmüşdür

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentinanın Mədəniyyət naziri Teresa Parodi ilə görüşmüşdür.

Görüşdə tərəflər arasında hər iki ölkənin dünya mədəniyyəti və incəsənətinə verdiyi töhfələr barədəsində fikir mübadiləsi aparılmışdır.

Səfir M.Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, mədəniyyət sahəsində dövlət siyasəti, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində aparılan işlər barədə məlumat vermişdir.

Görüşdə habelə, Azərbaycan və Argentina arasında mədəniyyət sahəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin, proqramların və tədbirlərin təşkili məsələləri də müzakirə olunmuşdur.

  

növbəti xəbər əvvəlki xəbər