2014-09-01
Pakistanın nüfuzlu qəzetlərində “Azərbaycan köçkünlərinin acı taleyi” adlı məqalə dərc edilmişdir

Pakistanın “Daily Pardez”, “Daily Azkaar” qəzetləri və “Pakistan in the world” informasiya  agentliyi tərəfindən Daily Pardez qəzetinin baş redaktoru Tazin Axtarın “Azərbaycan köçkünlərinin acı taleyi” adlı məqaləsi dərc edilmişdir.

Məqalədə Ermənistanın işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon da daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarını zəbt olunması, 750 mindən çox insanın isə həmin ərazilərdən məcburi köçkün düşməsi qeyd olunmuşdur. Ermənistanın nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymaması və Pakistanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məqalədə xüsusilə vurğulanmışdır.

Pakistanlı jurnalist bu ilin iyul ayında işğal altında olan Kəlbəcərdən didərgin düşmüş azərbaycanlı köçkünlər Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun doğma torpaqlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılması və qondarma rejim tərəfindən açılmış cinayət işi ilə bağlı məlumat vermişdir.

Tazin Axtar məqaləsində Dilqəm Əsgərovun öz doğma yurduna getməsinin qanunsuz sərhəd keçməsi kimi qələmə verilməsinin əsassız olduğunu bildirmiş və hələ də erməni əsirliyində olan 4 mindən çox azərbaycanlının taleyi haqqında heç bir məlumatın olmadığını diqqətə çatdırmışdır.

Müəllif, eyni zamanda, avqust ayında Azərbaycan-Ermənistan sərhədini pozmağa cəhd edən erməni diversiya qrupunun Azərbaycan Silahlı Qüvvələri tərəfində zərərsizləşdirilməsi, toqquşma nəticəsində 4 nəfər erməni diversantın öldürülməsi və Karen Petrosyan adlı erməni isə saxlanılması haqqında oxuculara ətraflı məlumat vermişdir. Sonradan Karen Petrosyanın ölümü və Azərbaycanın bu faktla bağlı Qırmızı Xaç təşkilatı dərhal məlumatlandırması xüsusilə qeyd olunmuşdur. Lakin pakistanlı jurnalist ermənilərin Azərbaycan köçkünlərinə qeyri-insani rəftarına laqeyd qalan bəzi qərb dövlətlərinin K.Pertosyanın ölümü ilə bağlı dərin “narahatçılıqlarını və başsağlığlarını” bildirməsinin təəccüb doğurduğunu bildirmişdir.

Tazin Axtrarın məqaləsi “bu kimi münasibət işğalçılara dolayısı yolla həvəsləndirici siqnallar göndərir və mövcud ikili standartları bir daha qabarıq şəkildə nümayiş etdirir “sözləri ilə yekunlkaşmışdır.

Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq  mümkündür.

http://www.pakistanintheworld.com/content/ill-fate-azerbaijani-idps

növbəti xəbər əvvəlki xəbər