2014-09-01
Nazir Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər nazirinin müavinini qəbul etmişdir

2014-cü ilin 1 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Samat Ordabayevi qəbul etmişdir.

Qazaxıstanlı diplomatı salamlayan nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin hazırkı durumundan məmnunluq ifadə etmiş və Ermənistan-Azərbaycan münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana olan dəstəyini yüksək qiymətləndirmişdir.

Bu gün Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikasının Xarici Işlər Nazirlikləri arasında keçirilmiş növbəti üçüncü məsləhətləşmə haqqında məlumat verən Samat Ordabayev iki ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır.

Habelə, tərəflər arasında regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər