2014-08-21
Azərbaycanın Dubaydaki Baş konsulu Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini ilə görüş keçirmişdir

2014-cü ilin 17 avqust tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini general – mayor Obeyd Moheyr bin Surur ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
 
Görüş zamanı Baş konsul P.İsmayılzadə həmsöhbətinə son illər ərzində ölkəmizdə miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, AR Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
 
P.İsmayılzadə həmçinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş Aerovağzal kompleksi barədə məlumat vermişdir. Baş konsul Azərbaycan Respublikası ilə Əmirliklər arasında miqrasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
 
Öz növbəsində, Obeyd Moheyr bin Surur Dubay Əmirliyinin ölkəmiz ilə miqrasiya sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.
 
Eyni zamanda, tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
növbəti xəbər əvvəlki xəbər