2014-08-08
Azərbaycanın Koreyadakı Səfiri Rəmzi Teymurov etimadnaməsini Koreyanın Prezidentinə təqdim etmişdir

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəmzi Teymurov etimadnaməsini Koreya Respublikasının Prezidenti xanım Park Qın-hyeyə təqdim etmişdir.

Təqdimetmə mərasimindən sonra keçirilmiş görüşdə Səfir R.Teymurov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını xanım Park Qın-hyeyə çatdırmış, öz növbəsində Koreya Respublikasının Prezidenti onun salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş etmişdir.

Görüşdə R.Teymurov Azərbaycanın Koreya Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Asiya regionunda Koreyanın Azərbaycan üçün mühüm tərəfdaş olduğunu bildirmiş və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafında maraqlı olduğunu Koreya Prezidentinin diqqətinə çatdırmışdır.

Öz növbəsində, Koreya Prezidenti xanım Park Qın-hye ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, son dövrlərdə Azərbaycanda həyata keçirilən layihələrdə Koreya şirkətlərinin fəal iştirakını nəzərə çatdırmış və qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirmişdir. 

Görüşdə həmçinin, iqtisadi və siyasi sahələrdə perspektiv əməkdaşlıq imkanlarına dair bir sıra məsələlər müzakirə olunmuşdur.

  

 

 
növbəti xəbər əvvəlki xəbər