2014-07-21
XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi Brüsseldə keçirilmiş beynəlxalq donor konfransında təmsil olunmuşdur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Brüsseldə keçirilmiş beynəlxalq donor konfransında təmsil olunmuşdur.

AİDA cari ilin may ayında Serbiya, Bosniya və Herseqovinada baş vermiş təbii fəlakətlə əlaqədar Avropa İttifaqı, Fransa və Sloveniyanın təşəbbüsü ilə 16 iyul 2014-cü il tarixində Brüssel şəhərində keçirilmiş beynəlxalq donor konfransında təmsil olunmuşdur.
 
Tədbirdə çıxış edən AİDA-nın rəisi Əşrəf Şıxəliyev baş vermiş təbii fəlakətin region ölkələrinə vurduğu zərəri və beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni donor ölkəsi olaraq, Azərbaycanın Serbiya və Bosniya və Herseqovinaya təcili humanitar yardım göndərdiyi barəsində məlumat vermişdir. 
 
O, fəlakətdən əziyyət çəkən ölkələrin əlavə humanitar yardımın göstərilməsi üçün Azərbaycan Respublikasına müraciət etdiyini qeyd edərək, hal-hazırda həmin müraciətlərin baxılmaqda olduğunu qeyd etmişdir. 
növbəti xəbər əvvəlki xəbər