2014-06-18
QDİƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcəkdir

2014-cü ilin 19 iyun tarixində Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 30-cu görüşü keçiriləcəkdir.

Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcəkdir.
 
Görüş zamanı Təşkilatın səmərəliliyinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT İşçi Qruplarına ölkə əlaqələndiricilərinin təyin edilməsi, QDİƏT-də müşahidəçi statusunun uzadılması və QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyəti məsələləri müzakirə olunacaqdır. 
növbəti xəbər əvvəlki xəbər