2014-06-04
Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyasını Burkina Fasoda keçirmişdir

Cari ilin may ayında Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyasını keçirmişdir.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən aksiya Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində 14-cü dəfə baş tutmuşdur.

Humanitar aksiya zamanı görmə qabiliyyətində problemlər olan 2200 insan ödənişsiz əsasda müayinədən keçirilmiş, 460 nəfərin gözlərində cərrahi əməliyyatlar aparılmış, görmə qabiliyyətləri bərpa edilərək onların yenidən normal həyata qayıtmaları üçün imkan yaradılmışdır.

2012-ci ilin dekabr ayından etibarən AIDA-nın iştirakı ilə həyata keçirilən bu humanitar kampaniyada İslam Əməkdaşlıq Təşkilatına üzv olan doqquz Afrika ölkəsində 10 mindən artıq insanın görmə qabiliyyəti bərpa olunmuşdur. 

  

 

 

növbəti xəbər əvvəlki xəbər