2014-05-28
Nazir Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər nazirinin müavini Patti Lonodono ilə görüşmüşdür
Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransı çərçivəsində Kolumbiyanın xarici işlər nazirinin müavini Patti Lonodono ilə görüşmüşdür.
 
Görüş əsnasında nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, iqtisadiyyat, ticarət, sərmayələr, enerji və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirmişdir.
 
Nazir Elmar Məmmədyarov kolumbiyalı mütəxəssislər tərəfindən Azərbaycanda təşkil olunan ispan dili kurslarının əhəmiyyətini diqqətə çatdırmışdır.
 
Xanım Patti Londono ölkəsinin Azərbaycanı regionun lider dövləti kimi qəbul etdiyini və Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.

Görüş əsnasında iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin mexanizminin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir. 

növbəti xəbər əvvəlki xəbər