2014-05-28
Nazir Elmar Məmmədyarov Sudanın xarici işlər üzrə dövlət naziri Kamal İsmael Saeed ilə görüşmüşdür
Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransı çərçivəsində Sudan Respublikasının xarici işlər üzrə dövlət naziri Kamal İsmael Saeed ilə görüşmüşdür.
 
Görüş əsnasında iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunmuş və iqtisadiyyat, ticarət və sərmayələr sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları barəsində fikir mübadiləsi aparılmışdır.
 
Nazir Elmar Məmmədyarov İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün biznes dairələrinin qarşılıqlı səfərlərinin və biznes forumlarının təşkilinin vacibliyini qeyd etmişdir.
 
Kamal İsmael Saeed Sudanın Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.  

  

növbəti xəbər əvvəlki xəbər