2014-05-21
Azərbaycanın Batumidəki Baş Konsulluğu tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı mərasim keçirilmişdir

Cari ilin 14 may tarixində Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı Şota Rustaveli adına Batumi Dövlət Universitetində mərasim keçirilmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri, ali sovetinin sədri,  Batumi Dövlət Universitetinin rektoru, mədəniyyət və idman naziri, səhiyyə və əhalinin sosial müdafiə naziri, Acarıstan Muxtar Respublikasının hökumət aparatının, meriyanın və nazirliklərinin məsul işçiləri, Batumi Dövlət Universitetinin professor, müəllim və tələbə heyəti iştirak etmişlər.
 
Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində son dərəcə mühüm rolunu vurğulayan baş konsul Hüseyn Nəcəfov, ümummilli liderin apardığı siyasət nəticəsində bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd etmişdir.
 
Tədbirdə Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Arçil Xabadze, Acarıstan Muxtar Respublikasının alı sovetin sədri Avtandil Beridze və Batumi Dövlət Universitetinin rektoru Alyosha Bakuridze çıxış etmişlər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın və Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində və inkişaf olunmasında əvəzolunmaz rol oynadığını qeyd olunmuş və Heydər Əliyev 20-ci əsrin dahi insanlarından biri olduğu və dünyanın bir çox insanları üçün nümunə olduğu vurğulanmışdır.
 
Tədbir zamanı Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunmuş fotosərgi və “Путь победителя” sənədli filmi nümayiş etdirilmişdir.
 
  
 
  

 

növbəti xəbər əvvəlki xəbər