2014-05-21
Polşada ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş tədbirlər keçirilmişdir

Cari ilin 16 may tarixində Polşanın Pruşkov rayonunun Mədəniyyət Mərkəzi və Adam Mitskieviç adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.

Tədbirləri giriş sözü ilə açan Pruşkov rayonunun rəhbəri xanım Eljbieta Anna Smolinskaya Azərbaycan və Polşa əlaqələrindən danışaraq, ölkəmizin yüksək templə inkişaf edən və gözəl təbiətə malik bir ölkə olduğunu iştirakçıların diqqətinə çatdırmışıdır.
 
Daha sonra səfir Həsən Həsənov tədbir iştirakçıları qarşısında çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yeri, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən II İoann Pavelin Azərbaycana dəvət olunması haqda tədbir iştirakçılarına məlumat verən səfir, bu səfərin Azərbaycanda mövcud tolerant mühitin göstəricisi olduğunu qeyd etmişdir.
 
Tədbirlərdə Azərbaycan diasporunun üzvləri, Pruşkov rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
növbəti xəbər əvvəlki xəbər