2014-05-15
Nazir Elmar Məmmədyarov Finlandiyanın sabiq Prezidenti ilə görüşmüşdür

Cari ilin 15 may tarixində nazir Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində Finlandiya Respublikasının sabiq Prezidenti xanım Tarya Halonen ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətindəki danışıqların cari vəziyyəti ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər