2014-05-13
Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumununda Ər-Riyad Bəyannaməsi qəbul olunmuşdur

Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekunu olaraq Ər-Riyad Bəyannaməsi qəbul olunmuşdur.

Bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır. 
 
Eyni zamanda Bəyannamədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd olunmuşdur.
 
növbəti xəbər əvvəlki xəbər