2014-05-08
AIDA-nın təşəbbüsü və ölkəmizin Küveytdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Dövlət Neft Şirkəti Korporativ Xidmətlər Direktoratının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri həyata keçirilir

7-11 may 2014-cü il tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşəbbüsü və ölkəmizin Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə Küveyt Dövlət Neft Şirkəti Korporativ Xidmətlər Direktoratının vitse-prezidenti İsmayıl Abdullanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri həyata keçirilir.

Səfər zamanı ANAMA-nın direktoru Nazim İsmayılov və AIDA-nın rəisi Əşrəf Şıxəliyevin iştirakı ilə nümayəndə heyəti arasında keçirilmiş görüşdə minalarla və neftlə çirklənmiş ərazilərin təmizlənməsi və bərpası sahəsində Azərbaycanın əldə etdiyi təcrübəsi ətrafında fikir mübadiləsi aparılmış və bu istiqamətdə mümkün əməkdaşlıq  məsələləri müzakirə olunmuşdur.

Həmçinin səfər çərçivəsində qonaqların Azərbaycan Dövlət Neft Şirkətində və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunda görüşləri keçirilmişdir.

növbəti xəbər əvvəlki xəbər