2014-04-17
Braziliyanın “Globo” telekanalında Azərbaycan haqqında reportaj təqdim edilmişdir
Braziliyanın aparıcı televiziya kanallarından olan “Globo” telekanalında Azərbaycan haqqında reportaj təqdim edilmişdir.
 
Reportajda Azərbaycan neft və qaz sənayesinin beşiyi kimi təqdim olunmuş və bu sahənin tarixi barədə məlumat verilmişdir. Həmçinin ölkəmizdə o dövrlərdə fəaliyyət göstərən Nobel qardaşları və digər mühüm tarixi faktlar haqqında məlumatlar təqdim olunmuşdur.
 
Həmçinin reportajda Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət, ölkəmizin enerji siyasəti, Avropanın enerji təchizatında ölkəmizin əhəmiyyətli rolu qeyd olunmuşdur.
 
Həmçinin reportajda Azərbaycanın, xüsusən Bakının müasir inkişafı və əzəmətli arxitekturası haqda söhbət açılmışdır. 
növbəti xəbər əvvəlki xəbər