2014-04-15
Nazir Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni təyin olunmuş rəhbərini qəbul etmişdir
Cari ilin 15 aprel tarixində nazir Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni təyin olunmuş rəhbəri xanım Draqana Filipoviçi qəbul etmişdir.
 
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin hazırkı vəziyyəti, cari ilin may ayında ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində başlayacaq sədrliyi və sədrlik dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunmuşdur.
 
Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 

 

növbəti xəbər əvvəlki xəbər