2013-08-12
Nazir Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul etmişdir
Cari ilin 12 avqust tarixində xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul etmişdir.
 
Görüşdə Azərbaycanla Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. 
 
Halil Akıncı təmsil etdiyi təşkilatın fəaliyyətinə Azərbaycanın verdiyi töhfələri yüksək qiymətləndirmişdir.  
 
Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin bu günlərdə Qəbələdə keçiriləcək Zirvə görüşü müzakirə olunmuş, eləcə də tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
növbəti xəbər əvvəlki xəbər