2013-07-01
Nazir Elmar Məmmədyarov İsveçrə Kantonlar Şurasının sədri Filippo Lombardini qəbul etmişdir

Cari ilin 1 iyul tarixində xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardini qəbul etmişdir.

Görüşdə Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Həmçinin iki ölkə arasında münasibətlərin əhəmiyyəti qeyd olunmuşdur. 

Nazir Elmar Məmmədyarov isveçrəli rəsminin ölkəmizə səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğulamışdır.

Ermənistan-Azərbaycan münaqişəsi haqda qarşı tərəfə məlumat verən nazir Elmar Məmmədyarov, Azərbaycan tərəfinin Sülh sazişi üzərində çalışmağa hazır olduğunu bildirmişdir. Nazir qeyd etmişdir ki, status-kvo qəbul edilməzdir. Münaqişənin həlli üçün Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir.

Filippo Lombardi səmimi qəbula görə nazir Elmar Məmmədyarova minnətdarlıq bildirmişdir. Həmçinin qonaq Azərbaycan qazının Avropaya Trans-Adriatik qaz kəməri vasitəsi ilə nəqli qərarını tarixi qərar adlandırmışdır.

 
növbəti xəbər əvvəlki xəbər