2013-06-20
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəmanov bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuri ilə görüş keçirmişdir
2013-cü ilin 18 iyun tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəmanov bu ölkənin iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası İqtisadi Komissiyanın BƏƏ tərəfindən həmsədri Sultan Bin Səid Əl Mansuri ilə görüş keçirmişdir. 
 
Görüşdə 2012-ci ilin 18 dekabr tarixində Dubayda keçirilmiş Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 4-cü iclası zamanı imzalanmış Protokoldan irəli gələn məsələlər müzakirə edilmişdir. Həmçinin birgə investisiya fondlarının yaradılması, bu investisiyaların üçüncü ölkələrdə yatırılması, Azərbaycan Respublikası ilə Dubay Əmirliyi arasında əməkdaşlıq qrupunun təsis edilməsi və hər iki ölkənin regionları arasında birbaşa hava əlaqələrinin yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
növbəti xəbər əvvəlki xəbər