2013-06-18
Ukraynanın Odessa şəhərində QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçiriləcəkdir
Cari ilin 21 iyun tarixində Ukraynanın Odessa şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçiriləcəkdir. 
 
İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcəkdir.
 
İclasda Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyətinin, QDİƏT – Avropa İttifaqı əməkdaşlığının, QDİƏT-də müşahidəçi statuslarının uzadılması üçün müraciətlərinin, QDİƏT-in Layihə İnkişaf Fondunun və digər orqanlarının fəaliyyəti və iclasın gündəliyində duran digər məsələlər nəzərdən keçiriləcəkdir.
növbəti xəbər əvvəlki xəbər