2013-06-05
Nazir Elmar Məmmədyarov ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşmüşdür
Cari ilin 4 iyun tarixində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşmüşdür.
 
Görüşdə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat vermişdir. Azərbaycanın regiondakı mövqeyi, Avropa və regionun enerji təminatında rolu, regional inkişaf layihələri və təhlükəsizlik məsələlərinə dair mövqeyini çatdırmışdır. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlar barədə danışan nazir Elmar Məmmədyarov, tədbir iştirakçılarına ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Azərbaycan-NATO əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətləri barədə söz açmışdır.
 
Görüşün sonunda nazir Elmar Məmmədyarov iştirakçıların suallarını cavablandırmışdır. 
 
 
növbəti xəbər əvvəlki xəbər