2013-06-04
Nazir Elmar Məmmədyarov ABŞ Prezidentinin xüsusi köməkçisi Karen Donfrid ilə görüşmüşdür
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa Məsələləri üzrə direktor Karen Donfrid ilə görüşmüşdür.
 
Görüş zamanı ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin BMT və NATO kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılmışdır.
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarında əks olunduğunu bildirmişdir.
 
Karen Donfrid ABŞ administrasiyasının münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bildirmiş və bunun regionun inkişafı baxımından önəmli olacağını qeyd etmişdir. Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolunu qeyd edərək, bu sahədə də uğurlu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirmişdir.
 
növbəti xəbər əvvəlki xəbər