2013-06-03
Nazir müavini Xələf Xələfov Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkovu qəbul etmişdir
Cari ilin 3 iyun tarixində xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkovu qəbul etmişdir.
 
Nazir müavini Xələf Xələfov qonağı salamlamış və iki ölkə arasındakı münasibətlərdən məmnunluq ifadə etmişdir.
 
Regionda gedən proseslər haqda danışan nazir müavini Xələf Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinə toxunmuşdur. Tərəflər münaqişənin hazırkı vəziyyəti və həlli istiqamətində aparılan danışıqlar barədə fikir mübadiləsi aparmışlar. Xələf Xələfov bildirmişdir ki, Ermənistan tərəfi status-kvonun saxlanılmasına çalışır və münaqişənin sülh yolu ilə həlli istiqamətində qeyri-konstruktiv mövqe nümayiş etdirir. 
 
Görüşdə, həmçinin bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər