2013-05-30
Azərbaycanın Əbu-Dabidəki Səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul mərasimi keçirilmişdir
Cari ilin 26 may tarixində Azərbaycanın Əbu-Dabidəki Səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibəti ilə rəsmi qəbul mərasimi keçirilmişdir.
 
Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət qurumları, şirkətlərdən olan nümayəndələr, ölkədə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların və BƏƏ-nin ictimai-siyasi dairələrin təmsilçiləri, SOCAR, AZAL və Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri və BƏƏ-də yaşayan Azərbaycan vətəndaşları iştirak etmişdir.
 
Tədbirdə çıxış edən səfir Elxan Qəhrəmanov Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs etmiş, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Respublikamızın qısa müddət ərzində dünya ölkələri ilə bütün sahələrdə əlaqələrin inkişafından və bu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
 
 Tədbirdə  iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları haqqında məlumatları əks etdirən jurnallar və kitablar hədiyyə edilmişdir.
 
  
      

 

növbəti xəbər əvvəlki xəbər