2013-05-29
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı üzrə Danışıqlar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Cenevrəyə səfər edəcəkdir
Cari ilin 3-7 iyun tarixlərində Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzrə Danışıqlar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Cenevrə şəhərinə səfər edəcəkdir.  
 
Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev başçılıq edəcəkdir. Səfər zamanı Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü prosesi çərçivəsində kənd təsərrüfatına daxili dəstək üzrə “Carins Group”un üzvəri ilə görüşlərin keçirilməsi, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələrin aparılması nəzərdə tutulmuşdur. Həmçinin Honduras, Çinin Tayvan əyaləti, Koreya Respublikası və Hindistanla mal və xidmətlər üzrə ikitərəfli danışıqların keçiriləcəyi planlaşdırılmışdır.  
növbəti xəbər əvvəlki xəbər