2013-05-18
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə görüş keçirmişdir
Cari ilin 17 may tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə görüş keçirmişdir. Görüş zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlıq müzakirə edilmiş, Vyetnam Parlamentində Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması imkanları barədə fikir mübadiləsi aparılmışdır. 
 
Görüşdə, həmçinin Uong Chu Luunun Azərbaycana cari ilin iyun ayının sonuna planlaşdırılan səfərinə hazırlıq məsələləri müzakirə edilmişdir.
növbəti xəbər əvvəlki xəbər