2013-05-17
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı

 qeyri-rəsmi tərcümə

 

Cari ilin 17 may tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), səfir Jak For (Fransa) və səfir İan Kelli (ABŞ) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüş keçirmişlər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspşık də görüşdə iştirak etmişdir.

Həmsədrlər və xarici işlər nazirləri sülh prosesinin irəliləməsi üçün mümkün yolları müzakirə etmişlər.

Nazirlər hazırkı vəziyyət ilə bağlı fikir mübadiləsi aparmış və regionda sülhün təmin olunması üçün öhdəliklərini bir daha təsdiq etmişlər.

Həmsədrlər sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək çağırış və addımlardan çəkinməyin zəruriliyini bir daha təkrarlamış və xarici işlər nazirləri ilə barışıq mühitinin yaradılmasına zəmin yaradacaq etimad quruculuq tədbirlərini müzakirə etmişlər.

Həmsədrlər sözügedən məsələləri Azərbaycan və Ermənistanın ölkə başçıları ilə müzakirə etmək üçün bu ayın sonunda regiona səfər edəcəklər. 

növbəti xəbər əvvəlki xəbər