2013-05-16
Brüsseldə “Azərbaycan gecəsi” adlı tədbir keçirilmişdir
15 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və ARDNŞ-in (SOCAR) Brüssel ofisinin təşkilatçılığı ilı Avropa Parlamentində “Azərbaycan gecəsi” adlı tədbir keçirilmişdir. 
 
Tədbirdə Avropa Parlamentinin deputatları, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Səməd Seyidov, Avropa Parlamenti aparatının əməkdaşları, Avropa İttifaqının müxtəlif qurumlarının nümayəndələri, yerli KİV nümayəndələri, Belçika ictimaiyyətinin və Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər. 
 
Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü xanım Kristina Oyland və Milli Məclisin üzvü Səməd Seyidov çıxış edərək, Azərbaycan Respublikasının son 20 ildə qət etdiyi yol, Avropa İttifaqı – Azərbaycan əlaqələri və Azərbaycan mədəniyyəti və müsiqisinin zənginlikləri barədə tədbir iştirakçılarına məlumat vermişlər. 
 
Tədbir rəsmi çıxışlardan sonra Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın ifasında caz konserti ilə davam etdirilmişdir. 
 
Tədbir Brüsseldə fəaliyyət göstərən xəbər agentlikləri tərəfindən geniş şəkildə işıqlandırılmışdır. 
 
  
  
 
 
növbəti xəbər əvvəlki xəbər