2013-04-12
Nazir Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavini Katarjına Pelçınska-Nalençi qəbul etmişdir
Cari ilin 12 aprel tarixində nazir Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavini xanım Katarjına Pelçınska-Nalençin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
 
Nazir Elmar Məmmədyarov Polşa nümayəndə heyətini salamlamış və ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq bildirmişdir. Nazir, həmçinin, əməkdaşlığın daha da genişləndirilməsi üçün iqtisadi, ticarət, turizm, kənd təsərrüfatı kimi sahələrdə geniş potensialın olduğunu vurğulamışdır. 
 
Polşa xarici işlər nazirinin müavini xanım Katarjına Pelçınska-Nalenç qəbula görə təşəkkür etmiş və ölkəsinin Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə böyük önəm verdiyini qeyd etmişdir. Azərbaycanı regionda ölkəsi üçün vacib tərəfdaş ölkə adlandıran xanım Katarjına Pelçınska-Nalenç, Azərbaycanın Avropanın enerji təhlükəsziliyinin təmin olunmasında mühüm rolunu qeyd etmişdir. 
 

Görüş zamanı, həmçinin, regional məsələlər, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın müxtəlif aspektləri, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.  

növbəti xəbər əvvəlki xəbər