2013-04-12
Nazir Elmar Məmmədyarov Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul etmişdir
Cari ilin 12 aprel tarixində nazir Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul etmişdir.
 
Görüşdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuş və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində addımların atıldığı üçün siyasi və iqtisadi potensialın mövcud olması qeyd edilmişdir.  
 
Görüşdə, həmçinin, regionda maraq doğuran məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yolları ətrafında fikir mübadiləsi aparılmış və Azərbaycanın işğal olunmuş Xocalı rayonundakı aeroportundan Ermənistanın qanunsuz uçuşlar həyata keçirmək cəhdlərinin münaqişənin nizamlama prosesinə mənfi təsir göstərəcəyi vurğulanmışdır.
Eyni zamanda tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsinin vacibliyini də bildirmişlər. 
 
növbəti xəbər əvvəlki xəbər