2013-04-12
Nazir Elmar Məmmədyarov Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermana başsağlığı məktubu ünvanlamışdır
Xarici işlər naziri Elmar Məmmədyarov Argentinada baş vermiş daşqınlarla bağlı bu ölkənin xarici işlər və etiqad naziri Hektor Timermana başsağlığı məktubu ünvanlamışdır.
 
Məktubda nazir Elmar Məmmədyarov daşqınlar nəticəsində həyatını itirmiş insanların yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı verdiyini bildirmiş və fəlakətdən zərər çəkmiş insanlara dərin rəğbətini çatdırmışdır.

 

növbəti xəbər əvvəlki xəbər