2012-10-18
Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri başlamışdır.

Cari ilin 18 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri başlamışdır. Səfər çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarovun Almaniya Federativ Respublikasının xarici işlər naziri Qido Vestervelle ilə görüşü, bu ölkənin aparıcı mətbuatına müsahibəsi və Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı nəzərdə tutulur. 

növbəti xəbər əvvəlki xəbər