2012-10-15
Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə görüşmüşdür

Cari ilin 15 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə görüşmüşdür. Nazir qonağı salamlamış və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdən məmnunluq ifadə etmişdir.

Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu Azərbaycana səfərindən məmnunluq bildirmiş və iki dost və qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. 
 
Görüş zamanı nazirlər Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatınn Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. 
 
 
 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər