2012-10-15
Xarici İşlər Naziri Elmar Məmmədyarov Əfqanıstanın Xarici İşlər Naziri Zalmay Rəsul ilə görüşmüşdür

 

Cari ilin 15 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Əfqanıstanın Xarici İşlər Naziri Zalmay Rəsul ilə görüşmüşdür. Nazir qonağı salamlamış və Azərbaycan və Əfqanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etmişdir. O, Azərbaycanın bundan sonra da Əfqanıstanda sülh və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulamışdır.

Əfqanıstanın Xarici İşlər Naziri Zalmay Rəsul Azərbaycana səfərindən məmnun olduğunu və ölkəmizdə müşahidə olunan inkişafın onda yüksək təəssürat doğurduğunu diqqətə çatdırmışdır. O, Əfqanıstan hökumətinin bu yaxınlarda Bakıda öz səfirliyini açmaqla bağlı qərarı haqda məlumat vermiş və bunun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini vurğulamışdır.
 
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və Bakıda keçirilən İqtsadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.  
 
 
 

növbəti xəbər əvvəlki xəbər