2012-10-15
Xarici İşlər Naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi ilə görüşmüşdür

Cari ilin 15 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi ilə görüşmüşdür. Nazir Elmar Məmmədayrov qonağı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmişdir. Nazir Azərbaycan-İran ikitərəfli əlaqələrinin inkişaf etdiyini qeyd etmişdir. 

İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi öz növbəsində Bakıda keçrilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak etməkdən məmnunluğunu bildirmişdir. O, Azərbaycan və İran arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu vurğulamışdır. 

Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin müxtəlif aspektləri və regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər