2012-10-15
Xarici İşlər Naziri Elmar Məmmədyarov Pakistanın Xarici İşlər Naziri Hina Rabbani Xar ilə görüşmüşdür

Cari ilin 15 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Pakistanın Xarici İşlər Naziri xanım Hina Rabbani Xar ilə görüşmüşdür. Nazir qonağı salamlamış və Azərbaycan və Pakistan arasında münasibətlərin dinamik inkişaf etdiyini qeyd etmişdir. 

Pakistanın Xarici İşlər Naziri xanım Hina Rabbani Xar ölkəmizə səfərindən məmnun olduğunu bildirmiş və Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirmişdir. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayan xanım Hina Rabbani Xar Azərbaycan və Pakistan arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlığın olduğunu məmnunluq hissi ilə qeyd etmişdir. 
 
Hər iki nazir ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bu baxımdan iş adamlarının fəaliyyəti üçün yaradılmış şəraitin daha da təkmilləşdirilməsinin əhəmiyyətini qeyd etmişlər.  

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər